Bu gün:
Xezer.info » Cəmiyyət » Nazirlik uşaqların təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib

Nazirlik uşaqların təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib


Nazirlik uşaqların təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib
Mütəmadi olaraq azyaşlıların təhlükəli vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur

Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, FHN-in 112 - qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli vəziyyətdə qalması (əllərinin ətçəkən maşında ilişib qalması, əzalarının barmaqlıqlar arasında qalması və s.) ilə bağlı məlumatlar daxil olur.

Bütün hallarda nazirliyin müvafiq xilasetmə qüvvələrinin həyata keçirdikləri operativ əməliyyatlar sayəsində təhlükəli vəziyyətdə qalan azyaşlılar xilas olunur.

Bu kimi hadisələrlə bağlı aparılan təhlillər göstərir ki, uşaqların nəzarətsiz qalması onların həyat və sağlamlığı üçün birbaşa təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, nazirlik bir daha valideynlərə müraciət edərək uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır.