Ermənistan siyasi inqilab astanasında - etirazlar şiddətlənir (Canlı Yayım, Fotolar)
19-iyul-2016İrəvanda Erebuni rayonunda, Post-patrul alayının binasının tutan qiyamçılara silah tətbiq edilməsinə qarşı aksiya həyata keçrilir.
Musavat.com-un Ermənistan saytlarına istinadən verdiyi xəbərə görə aksiyada iki yüzə yaxın adam iştirak edir.Aksiya iştirakçıları öncə şəhər kənarında yerləşən post-patrul alayının binasına tərəf yürümək istəyib.
Lakin polis onların qarşısını kəsə bilib. Burada aksiya iştirakçıları ilə polis arasında kişik toqquşma olub.Daha sonra polis aksiya iştirakçılarının şəhərin mərkəzi ilə yürüş etmələrinə icazə verib. Aksiya daha sonra İrəvanın Azadlıq meydanında davam edib.
Etiraz aksiyasının nümayişçiləri bütün siyasi məhbusların azad olunmasını, o cümlədən iyulun 17-də saxlanılan müxalifətçilərin azadlığa buraxılmasını tələb ediblər. Bundan başqa aksiya iştirakçılarının dilindən “Serj rədd ol” şüarları də səsələndirilir... Aksiya iştirakçıları Qarabağ münaqişəsinin nizamlannması ilə bağlı hakimiyyətin apardığı siyasətə də etiraz edirlər. Hüquq müdaifəçisi Avetik İşxanyan Ermənistan polis rəisinin müavini Unan Poqosyan qarşısında aksiya iştirakçılarının tələblərini sadalayıb.
Onun sözlərinə görə, nümayişçilər İrəvanın Erebuni rayonunda polis alayının binasını ələ keçirən qiyamçılara qarşı silah tətbiq edilməməsini, habelə Jirayr Səfilyanın azad olunmasını tələb edirlər.
General Unan Poqosyan nümyişçilərin qarşısında tutulan şəxslərin azad olunacağına və onlara qarşı zor tətbiq edən polislərə qarşı xidməti təhqiqat başlanacağına söz verib.
Unan Poqosyan nümayişçiləri polislərə qarşı aqressiv davranmamağa çağırıb və polislərin dünən baş vermiş insident zamanı döyüş yoldaşlarını itirdiklərini xatırladıb. Qeyd olunur ki, nümyişçilərin tələblərinin bir qismi artıq yerinə yetirilib. Belə ki, “Tseqarqon” partiyasının lideri Şant Arutunyanın oğlu Şaqen azad olunub.
Hazırda aksiya “Azadlıq” meydanında davam edir.
Onların sayının çoxalacağı və hətta daha böyük siyasi aksiyaya çevriləcəyi istisna olunmur.
Müşahidəçilər Ermənistanda siyasi çalxalanmanın artıq başlandığını bildirirlər.
***
Hazırda İrəvanın Erebuni rayonunda silahlılar tərəfindən tutulan binanın yerləşdiyi Xorenatsi küçəsinə polis qüvvələri cəlb edilir.
Müşahidəçilər 3 avtobus dolusu polisin gəldiyini qeyd edilər. Onlar iki sırayla küçəni kəsən yük maşınlarının önlərində durublar. Hadisəni duyan Azadlıq meydanındakı nümayişçilərin bir qismi oraya yönəlib.