Müəllimlərin NƏZƏRİNƏ: Əməkhaqqı sistemi yenilənəcək - RƏSMİ
27-iyul-2022“Azərbaycanda müəllimlərin əməkhaqqı sistemi yenilənəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sertifikasiya imtahanından keçən müəllimlərin maaşı artırılacaq:
“137 000 təhsilverənin sertifikasiyası və 68 000 nəfərin differensial əməkhaqqı sisteminə cəlb olunması nəzərdə tutulur”.