Blinken ABŞ-ın Ermənistan-Azərbaycan nəqliyyat bağlantılarının açılmasına dəstək göstərməyə hazır olduğunu deyib
26-iyul-2022Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib.
"Report" xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib.
Söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti məmnuniyyətlə qeyd olunub.