“Norm” 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb
26-iyul-2022“Norm" ASC 2021-ci il üzrə audit olunmuş maliyyə hesabatlarını açıqlayıb.
Hesabata əsasən ötən il Cəmiyyətin cəmi gəlirləri əvvəlki ilə nisbətən 9.3% artaraq 170,86 milyon manat, əməliyyat mənfəəti 11,3% artaraq 41,2 milyon manat, xalis mənfəəti isə 6,7% artaraq 28,4 milyon manat olub.
İstehsal gücü gündə 5,3 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement Zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.