Neft Fondunun 4 milyard gəliri olub
19-iyul-2016Bu il iyulun 1-ə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 2016-cı ilin əvvəlinə (33574,1 mln. ABŞ dolları) nisbətən 4,6% arXezer.info SOFAZ-a istinadən xəbər verir ki, fondun aktivləri 35117,9 mln. ABŞ dollarına bərabər olub.
6 ay ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3689,5 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3680,6 mln. manat, bonus ödənişləri 0,1 mln. manat və tranzit gəlirləri 8,8 mln. manat təşkil edib.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 301,5 mln. manata bərabər olub.
Hesabat dövrü ərzində, SOFAZ-ın 2016-cı il büdcəsinin icrası çərçivəsində 1760,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 55,2 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,6 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 35,3 mln. manat vəsait ayrılıb.
Hesabat dövründə 9,2 mln. manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.
“Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 mln. manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 127,0 mln. manat vəsait ayrılıb.
2016-cı il ərzində SOFAZ-ın idarə edilməsi ilə bağlı xərcləri 8,5 mln. manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 65,4 mln. manat olub.