Şuşa Beynəlxalq Media Forumunda iki panel yekunlaşdı
23-iyul-2022Şuşada baş tutan Beynəlxalq Media Forumunda iki panel yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, "Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar" adlı birinci panel və Forumunda "Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı" adlı ikinci panel keçirilib.
Birinci paneldə müzakirə olunan əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada "fake news" ilə mübarizə olub. TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bolqarıstanın "BTA" İnformasiya Agentliyinin İnformasiya Siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva, "Əl-Cəzirə" Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim, "Haqqin.az" analitik veb-saytının rəhbəri Eynulla Fətullayev və başqaları çıxış ediblər.
İkinci paneldə isə mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika müzakirə mövzuları mnüzakirə olunub.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu altında keçirilən ikinci paneldə çıxış edənlər Avropa Xəbər Agentlikləri Alyansının Baş katibi Aleksandru Giboi, Real Təhlil İnformasiya Mərkəzinin Baş direktoru Mir Şahin Ağayev, "Anadolu" agentliyinin Baş direktorun müavini, baş redaktor Yusuf Özhan, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub.