Amerika Ərdoğanı şantaj etməyə BAŞLADI - “WikiLeaks”in əli ilə
18-iyul-2016İfşaedici materialların dərcində ixtisaslaşmış “WikiLeaks” saytı yaxın günlərdə Türkiyənin siyasi hakimiyyəti ilə bağlı 100 mindən çox sənədi açıqlayacağını anons edib.
“Türkiyənin siyasi hakimiyyətinin strukturu barədə 100 mindən çox sənədi açıqlayacağımızdan sonra mübarizəyə hazır olun”, - “WikiLeaks”in rəsmi “Twitter” mikrobloqunda yayılmış məlumatda belə deyilir.
Xatırladaq ki. iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd olub. Nəticədə, 290 nəfər həlak olub, yüzlərlə yaralı var.