Qusman Şuşada Dünya Media Forumu keçirilməsini təklif edib
22-iyul-2022"Təklif edirəm, 3 il sonra - Azərbaycan mətbuatının 150-ci ildönümündə Şuşada Dünya Media Forumu keçirilsin".
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı deyib.
O, sadəcə beynəlxalq forumla kifayətlənməməyi tövsiyə edib.