Bu gün:
Xezer.info » Siyasət » Bolqarıstanın baş naziri Azərbaycanın Şərqlə Qərb arasında qovşağa çevrildiyini bəyan edib

Bolqarıstanın baş naziri Azərbaycanın Şərqlə Qərb arasında qovşağa çevrildiyini bəyan edib


Bolqarıstanın baş naziri Azərbaycanın Şərqlə Qərb arasında qovşağa çevrildiyini bəyan edib
Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycanın Şərq ilə Qərb arasında qovşağa çevrildiyini bəyan edib.

Bolqarıstanlı nazir bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi təkbətək görüşdə deyib.

“Son illər ərzində gördüyünüz işlər mənə böyük təəssürat bağışladı. Siz üç beynəlxalq hava limanını tikməyə müvəffəq oldunuz və Şərq ilə Qərb arasında qovşağa çevrilə bildiniz.

Bolqarıstan Avropa İttifaqının üzvüdür. Siz nəinki ikitərəfli qaydada, o cümlədən Avropa İttifaqının üzvü olan Bolqarıstana arxalana bilərsiniz. Biz də Avropa İttifaqı Şurasının üzvüyük. Beləliklə, hesab edirəm ki, birlikdə olsaq, üfüqlər çox geniş və perspektivli görünəcək”, - Kiril Petkov qeyd edib.