Bu gün:
Xezer.info » Dünya » Sarkisyan məmuru işdən qovdu - Rüşvətə görə

Sarkisyan məmuru işdən qovdu - Rüşvətə görə


Sarkisyan məmuru işdən qovdu - Rüşvətə görə
Ermənistan Mülki Aviasiyasının Baş İdarəsinin rəhbəri Artyom Movsesyan vəzifəsindən kənarlaşdırılıb.

“Xezer.info” Anspress-ə istinadən xəbər verir ki, Mülki Aviasiya Baş idarəsinin rəisi rüşvət almaqda ittiham olunur. Vəzifəsindən azad olunan Artyom Movsesyanın çalışdığı sahədə 12 illik stajı var idi. Nəşrin iddiasına görə, yeni rəhbər iqtisadiyyat nazirinin müavini Sergey Avetisyan ola bilər. O, aviasiya sahəsinə nəzarət edir.

Son iki ay ərzində Ermənistan hakimiyyətində rüşvət alma və vəzifəsindən sui-istifadə hallarına görə bir neçə yüksək rütbəli məmur və hərbçi vəzifəsindən azad olunub.

Bir neçə gün əvvəl isə erməni polkovnik-leytenant Şant Avetisyan rüşvət aldığı üçün həbs edilib. O, 5000 dollar rüşvət alarkən saxlanılıb.

Mayın 20-dən bəri Serj Sarkisyanın əmri ilə Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, baş qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan, ordumuz tərəfindən dağıdılan Madagiz polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib.

Həmçinin ordunun generalı Melsik Çilingəryan vəzifəsindən azad olunduqdan sonra polkovniklər Armen Markaryan və Mqer Papyan vəzifə başında həbs ediliblər.

Mayın 18-də isə Ermənistan silahlı qüvvələrinin polkovniki David Abrahamyana vəzifəsindən sui-istifadə etmə maddəsi ilə cinayət işi açılıb.