Bu gün:
Xezer.info » İqtisadiyyat » Əmlak Məsələləri Dövlət Xidməti I yarımildə büdcəyə 38 milyon manat vəsait köçürüb

Əmlak Məsələləri Dövlət Xidməti I yarımildə büdcəyə 38 milyon manat vəsait köçürüb


Əmlak Məsələləri Dövlət Xidməti I yarımildə büdcəyə 38 milyon manat vəsait köçürüb
Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 38,1 milyon manat vəsait köçürüb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 6 aylıq ödənişin 25,8 milyon manatı özəlləşdirmə, 12,3 milyon manatı isə icarə hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 38 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 319 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 222 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 61 onlayn qoşulma reallaşıb.

Ötən 6 ayda 2 112 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 465-i qeyri-yaşayış, 1 647-si isə torpaq sahələrinə aid olub.