Bu gün:
Xezer.info » Dünya » Çavuşoğlu İraqın ittihamlarına cavab verib: "Dinc sakinlərə atəş açmamışıq"

Çavuşoğlu İraqın ittihamlarına cavab verib: "Dinc sakinlərə atəş açmamışıq"


Çavuşoğlu İraqın ittihamlarına cavab verib: "Dinc sakinlərə atəş açmamışıq"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Silahlı Qüvvələrinin İraqda guya dinc sakinləri atəşə tutmasına dair yayılan məlumatlara münasibət bildirib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, o, belə informasiyaların həqiqət olmadığını söyləyib.

“Türkiyə Silahlı Qüvvələrindən aldığımız bilgiyə görə, İraqın Duhok bölgəsində dinc sakinlərə qarşı hər hansısa hücumumuz olmayıb”, - XİN başçısı vurğulayıb.

“Dünyasını dəyişən 9 qardaşımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Lazım gələrsə, müalicə üçün yaralıları Türkiyəyə də gətirə biləcəyimizi dedik. Bu hücumla bağlı Türkiyəni ittiham edən və ləkələyən xəbərlər də var. Biz açıqlamamızda bunu açıq şəkildə təkzib etmişik, daha doğrusu, bütün dünya bilir ki, Türkiyə heç vaxt dinc əhaliyə qarşı əks-hücum keçirməyib.

Biz beynəlxalq hüquq normalarına uyğun olaraq terrorla mübarizəmizi davam etdiririk. Dünən bu xəbər gələn kimi, təbii ki, müvafiq qurumlarımızla məsləhətləşmələr apardıq. Türkiyə Silahlı Qüvvələrindən aldığımız məlumata görə, biz heç bir mülki şəxsə hücum etməmişik. Hədəfimiz Suriyadakı terror təşkilatları olub. Əməliyyatlarımız İraqda həmişə terror təşkilatlarına qarşı yönəlib. Terror təşkilatları tərəfindən həyata keçirildiyini düşündüyümüz bu xain hücumla bağlı İraq rəsmiləri ilə əməkdaşlıq edə biləcəyimizi də açıqladıq. Burada bir daha vurğulamaq istərdik: Türkiyəyə qarşı ittihamları rədd edirik və bəyanatları rədd edirik”.

Xatırladaq ki, rəsmi Bağdad İraqın Duhokun dağlıq ərazisində baş verən hadisə ilə əlaqədar Türkiyədəki səfirini geri çağırıb.