Bu gün:
Xezer.info » Eksklüziv » Tehranda Türkiyə və Rusiya liderləri görüşdü: Putin Ərdoğana təşəkkür etdi

Tehranda Türkiyə və Rusiya liderləri görüşdü: Putin Ərdoğana təşəkkür etdi


Tehranda Türkiyə və Rusiya liderləri görüşdü: Putin Ərdoğana təşəkkür etdi
Astana üçlüyünün sammitində iştirak etmək üçün İrana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirib.

Görüş zamanı Rusiya-Türkiyə əməkdaşlığının əsas məsələləri, iqtisadi və ticarət sahəsində layihələrin həyata keçirilməsi müzakirə olunub.

Həmçinin bir sıra beynəlxalq mövzular, o cümlədən Suriya və Ukrayna ilə bağlı vəziyyət, xüsusən də Ukrayna taxılının ixracı problemi ətrafında da fikir mübadiləsi aparılıb.

Putin ərzaq problemlərinin həlli üçün vasitəçilik səylərinə görə Ərdoğana təşəkkür edib.

Mənbə: TASS