Avropa Komissiyasının rəhbəri: “Azərbaycan metan emissiyalarının azaldılması sahəsində böyük irəliləyiş əldə edib”
18-iyul-2022Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycanı hazırda 119 ölkə tərəfindən dəstəklənən qlobal metan öhdəliyinə qoşulmağa çağırıb.
“Report” xəbər verir ki, o, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra deyib.
“Azərbaycanla təbii qaz sahəsində əməkdaşlığımız iqlimlə bağlı öhdəliklərimizə uyğun olmalıdır. Buraya, məsələn, metan emissiyaları daxildir. Memorandumumuz bütün təbii qaz təchizatı zəncirində metan emissiyalarının azaldılması öhdəliyini müəyyən edir”, - o bildirib.
Ursula fon der Lyayen əlavə edib ki, Azərbaycan bu sahədə böyük irəliləyiş əldə edib və onun təqdim edə biləcəyi çox şey var.