Azərbaycanda meymunçiçəyi RİSKİ: Test olunanlar var
18-iyul-2022“Bu gün üçün meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb”.
Bununla bağlı Səhiyyə Nazirliyindən Oxu.Az-a məlumat verilib.
Bildirilib ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur:
“Testlərdən istifadəyə gəldikdə, bu günə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərib.
Hər iki şəxsin test nəticəsi neqativdir”.