Türkiyə ordusunun daha bir hərbçisi terrorçuların açdığı atəş nəticəsində həlak olub
17-iyul-2022Türkiyə ordusunun daha bir hərbçisi İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında həlak olub.
“Report” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbçi terrorçuların açdığı atəş nəticəsində həlak olub.
Nazirlik hərbçinin ölümü ilə bağlı Türkiyə xalqına başsağlığı verib, səbir diləyib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə ordusunun digər hərbçisi İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada yaralanıb. Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.