Bu gün:
Xezer.info » Siyasət » Prezidentin vəzifə verdiyi 49 yaşlı rəis Bakının prokuroru olub

Prezidentin vəzifə verdiyi 49 yaşlı rəis Bakının prokuroru olub


Prezidentin vəzifə verdiyi 49 yaşlı rəis Bakının prokuroru olub
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edib. Dövlət başçısının sərəncamı ilə bu vəzifəyə İlqar Abbasov gətirilib. Bundan başqa ona general-mayor ali hərbi rütbəsi verilib.

“Qafqazinfo” xatırladır ki, İlqar Abbasov bu vəzifədən öncə Bakı şəhər prokuroru olub. O, bu ilin aprelində Baş prokuror Kamran Əliyevin əmri ilə səlahiyyət müddətinin başa çatması ilə bağlı işdən azad edilib. Lakin yeni vəzifəyə təyinat almayıb. İ.Abbasov 2017-ci ildə sabiq Baş prokuror Zakir Qaralovun əmri ilə Bakıya prokuror təyin edilmişdi.

Qeyd edək ki, Naxçıvan şəhərində anadan olmuş İlqar Abbasovun 49 yaşı var. O, daha əvvəl Naxçıvan MR-də, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. Daha sonra isə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olub. III dərəcəli dövlət ədliyyə müşaviridir.

İ.Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb.