Bu gün:
Xezer.info » Dünya » "Dünyada 1000-dən çox gizli hepatit hadisəsi var" - ÜST

"Dünyada 1000-dən çox gizli hepatit hadisəsi var" - ÜST


"Dünyada 1000-dən çox gizli hepatit hadisəsi var" - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə ortaya çıxan və bütün dünyaya yayılmağa başlayan mənşəyi məlum olmayan hepatit virusunun indiyədək 1000-dən çox uşağa yoluxduğunu açıqlayıb.
Sonxeber.az xəbər verir ki, qurumdan verilən yazılı açıqlamada gizli hepatit epidemiyasında son vəziyyətlə bağlı məlumat verilib.

İyulun 8-nə kimi 35 ölkədə ümumilikdə 1010 hepatit hadisəsinin təsdiqləndiyi bildirilən açıqlamada 22 uşağın virus səbəbilə öldüyü bildirilib.

İngiltərədə aprel ayında ortaya çıxan və qısa müddətdə bir çox ölkəyə yayılan mənşəyi bilinməyən hepatit virusu 1 aydan 16 yaşa qədər uşaqlarda görülür.

Virusun sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomları var.