Bu gün:
Xezer.info » Cəmiyyət » DİM sədri: "Qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir"

DİM sədri: "Qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir"


DİM sədri: "Qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir"
"Ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səbəb abituriyentlərin II cəhdə daha yaxşı hazırlaşmalarıdır: "Müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil. Verilən plan yerləri ilə də bağlıdır. Bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4 minə qədər çoxdur. Müəyyən ixtisaslarda çoxalma var. Dəqiq məlumat vermək üçün hər bir ixtisasla bağlı əsaslı təhlil və müqayisə aparılmalıdır".