Bu gün:
Xezer.info » Cəmiyyət » Azərbaycan Ordusunun əsgəri intihar edib

Azərbaycan Ordusunun əsgəri intihar edib


Azərbaycan Ordusunun əsgəri intihar edib
Azərbaycan Ordusunun əsgəri intihar edib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.