Bu gün:
Xezer.info » Dünya » Bakıda təhsil almış sabiq prezidentin meyiti müayinə olundu – SƏBƏB

Bakıda təhsil almış sabiq prezidentin meyiti müayinə olundu – SƏBƏB


Bakıda təhsil almış sabiq prezidentin meyiti müayinə olundu – SƏBƏB
İspaniyada vəfat etmiş Anqolanın sabiq Prezidenti Joze Eduardu duş Santuşun meyiti müayinə olunub.

Lent.az-ın "Le Matin" saytına istinadla xəbərinə görə, müayinə sabiq prezidentin qızının iddiası əsasında aparılıb. O, atasının ölümündə "şübhəli məqam" olduğu iddiası ilə Barselona məhkəməsinə müraciət edib. Həftə sonu aparılan müayinənin nəticəsi hələ ki, məlum deyil.

Joze Eduardu duş Santuş 1979-2017-ci illərdə Anqola Prezidenti olub.

Xatırladaq ki, Santuş 1963-1969-cu illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.