Baydenin səfəri benzini ucuzlaşdırmayacaq - KİV
12-iyul-2022Co Baydenin yaxın günlərdə Səudiyyəyə edəcəyi səfər çətin ki ABŞ-da rekord həddə çatmış benzin qiymətinin ucuzlaşmasına kömək etsin.
Lent.az-ın xəbərinə görə, bu qənaətə Politico nəşrinin ekspertləri gəlib.
Onların fikrincə ABŞ lideri neft hasilatının artırılmasına can atır. Lakin Ərəbistan hasilatı artırsa belə, bu, bazarda dərhal hiss edilməyəcək. Xammalın ucuzlaşmasından son məhsulun qiymətinin azalmasınadək proses həftələrlə çəkir.