Bu gün:
Xezer.info » Cəmiyyət » Cənub Muğan kanalının quruması nəticəsində Biləsuvar rayonunun bəzi kəndlərində yaranan su problemi həll edilib.

Cənub Muğan kanalının quruması nəticəsində Biləsuvar rayonunun bəzi kəndlərində yaranan su problemi həll edilib.


Cənub Muğan kanalının quruması nəticəsində Biləsuvar rayonunun bəzi kəndlərində yaranan su problemi həll edilib.
Bu barədə "Report"un yerli bürosuna rayonun su problemi ilə üzləşən Yuxarı Cürəli, Aşağı Cürəli, Ovçubərə,Təzəkənd, Ağalıkənd, Amankənd və Dərvişli kənd sakinləri məlumat verib.

Belə ki, artıq kanala su gəlib və artmaqda davam edir.

Qeyd edək ki, on gündən çox idi ki, sözügedən kəndlərin su problemi yaranmışdı.

Xatırladaq ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal mənbəyini Araz çayından götürür və Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.