Rusiyanın Ukrayna ilə savaşının səbəbi bəlli oldu
14-iyul-2016Rusiyanın Ukraynaya hərbi aqressiyası NATO-nun hərəkətini dayandırdı.
Axar.az xəbər verir ki, bunu “Şpigel” jurnalına müsahibəsində rusiyalı politoloq Sergey Karaqanov söyləyib. Onun sözlərinə görə, əgər dövlətin sərhədləri yaxınlığında düşmənin ciddi qüvvələri dayanırsa, silah tətbiq etmək mümkündür:
“Biz NATO-nu əvvəlcədən xəbərdar etmişdik ki, Ukrayna sərhədlərinə yaxınlaşmasın. Xoşbəxtlikdən Moskva onun qarşısını ala bildi. Bununla belə, Avropada müharibə təhlükəsi hələ də aşağı düşməyib. Əgər müharibə olsa, biz birinci növbədə NATO-nun Avropadakı raketlərini məhv edəcəyik. Rusiya bir də heç vaxt öz ərazisində savaşmayacaq”.