Bu gün:
Xezer.info » İdman » Qurban Qurbanov: "İlk matçda "Lex"in gücünü hiss etdik"

Qurban Qurbanov: "İlk matçda "Lex"in gücünü hiss etdik"


Qurban Qurbanov: "İlk matçda "Lex"in gücünü hiss etdik"
"Çox vacib oyundur. Bəlkə də belə matçları əvvəlki illərdə 3-4-cü mərhələdə keçirirdik. Bu dəfə isə ilk raunddaca layiqli komanda düşdü. Polşadakı matçda rəqibin gücünü hiss etdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Polşa "Lex"inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda "Qarabağ" rəqibinə minimal hesabla uduzub - 0:1.