Ukraynada müharibənin başa çatmasının 3 mümkün ssenarisi – Reznikovun mövqeyi
10-iyul-2022Rusiya ilə müharibənin 3 mümkün başa çatma ssenarisi var, Ukrayna təcavüzkarla "ətçəkənə qarşı ətçəkən" prinsipi ilə rəqabət apara bilmir - bu prinsipi hazırda düşmən tətbiq edir.
Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Birlikdə qururuq" Forbes konfransının gedişində bəyan edib.
Reznikova görə, müharibənin başa çatması ssenariləri bunlardır:
1. Rusiyalıların "xoşməramlı jest"lərin növbəti seriyası - Ukraynanın şimalında və İlan adasında olduğu kimi. Bu ssenari Ukraynanın 24 fevral sərhədlərinə çıxmasını nəzərdə tutur, ardınca güman ki, işğal olunmuş Donbassın və Krımın statusu barədə danışıqlar başlayacaq, beynəlxalq həmkarların köməyi ilə;
2. Tədrici mübarizə və rus ordusunun ən ağrılı yerlərinə zərbələr endirilməsi, müasir silahların köməyi ilə. "Biz, onlarla "ətçəkənə qarşı ətçəkən" prinsipi əsasında döyüşə bilmərik. Üstəlik də, bizim həmkarlar bizi belə şəraitdə dəstəkləyə bilmirlər" - nazir qeyd edib.
3. Rusiyada "suverenlik paradı" və ölkənin dağılması. "Bu, ən uzun ssenaridir, amma biz, onu öz həyatımızda dəqiq görəcəyik" - Reznikov dəqiqləşdirib.
Müdafiə nazirinin sözlərinə görə, Ukraynanın təhlükəsizliyinin formalaşdırılmasının qarantiyası olaraq, yeni müdafiə alyansları yaratmaq prinsipi ilə hərəkət etmək lazımdır.
"Biz, görürük ki, "Brekzit"in sayəsində Böyük Britaniya Avropa İttifaqının bəzi üzvlərinin mövqeyi ilə razı deyil. Bizim Baltik ölkələri ilə fantastik münaibətlərimiz var, mən bizim Polşa ilə münasibətlərimizi alqışlayıram, hələ bu yaxınlara qədər bizə deyirdilər ki, Ukraynanın "Üç dəniz" layihəsində iştirakı mümkün deyil, amma indi bu realıqdır" - Reznikov deyib./Azpolitika