Bayden Consonun istefasına münasibət BİLDİRDİ
08-iyul-2022ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Boris Consonun istefa verməsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, o, Birləşmiş Krallıq hökuməti ilə sıx əməkdaşlığı davam etdirməyi gözlədiyini vurğulayıb.
"Birləşmiş Krallıq ilə ABŞ ən yaxın dost, müttəfiq ölkələrdir və xalqlarımız arasında xüsusi əlaqələr güclü və davamlı olaraq qalır", - deyə Bayden bildirib.
O, ABŞ və Britaniyanın Ukrayna xalqını dəstəkləmək üçün güclü və vahid yanaşmanı saxlayacağını söyləyib.
Bundan əlavə, Bayden iki ölkənin bir çox məsələlərdə birgə işləməyə davam edəcəklərini deyib.
Qeyd edək ki, iyulun 7-də Böyük Britaniyanın Baş naziri Boris Conson vəzifəsindən istefa verib.