Bu gün:
Xezer.info » Cəmiyyət » "Süni qiymət artımı davam edərsə..." - Deputat bahalaşmadan DANIŞDI

"Süni qiymət artımı davam edərsə..." - Deputat bahalaşmadan DANIŞDI


"Süni qiymət artımı davam edərsə..." - Deputat bahalaşmadan DANIŞDI
"Hər bir məmur üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməli, cənab Prezidentin ona göstərdiyi etimadı doğrultmalıdır".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, vəzifəyə təyin olunan məmurlarımız dövlət və vətəndaş arasında körpü olmalıdır:

"Təəssüf ki, bəzi məmurların yarıtmaz fəaliyyəti və özbaşınalığı bəzən xoşagəlməz halların baş verməsinə gətirib çıxarır. Bu gün Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbəyə görə dünyanın diqqət mərkəzindədir. Hətta bir çox ölkələr ordumuzun döyüş taktikasından yararlanmağa çalışırlar. Belə bir zamanda məmurlar yarana biləcək neqativ halların qarşını almağa çalışmalı, dövlət və vətəndaş arasında körpü olmalıdırlar. Ümumiyyətlə, məmur vətəndaşın problemini zamanında həll etsə, süründürməçiliyə yol verməsə, bir çox məsələlər həllini tapar və yarana biləcək narazılıq da ardan qalxmış olar".

Deputat açıqlamasında süni qiymət artımına da toxunub.

O, bəzi işbazların regionda baş verən hadisələrdən istifadə edib, məhsulların qiymətini bahalaşdırdıqlarından gileylənib:

"Marketlərdə qiymətlər günü-gündən bahalaşdırılır. Rayonlarda meyvə-tərəvəzin qiyməti Bakıdakından xeyli aşağıdır. Bir məhsulu rayondan şəhərə gətirib 3-4 qat baha qiymətə satırlar. Bu da, təbii olaraq, vətəndaşların narazılığına səbəb olur.

Bu gün bazarlarda meyvə-tərəvəzlərin qiyməti ötən illərə nisbətən daha bahadır. Bunun bir neçə səbəbi var. Ən əsası da odur ki, Azərbaycanda kəndli şəhərdəki bazara gələ bilmir. Kəndlidən alınan məhsulu Bakıda baha qiymətə satırlar. Bəzən kəndlilər bazarda öz məhsullarını sata bilmirlər. Çünki bəzi işbazlar bundan öz maraqları naminə istifadə edirlər. Hesab edirəm ki, artıq müəyyən tədbirlər görülməlidir. Bununla əlaqədar tapşırıqlar da var. Hökumət monitorinqlər həyata keçirir. Düşünürəm ki, süni qiymət artımı davam edərsə, dövlət tərəfindən daha ciddi addımlar atılmalıdır".