"WhatsApp"ı 18 milyonluq cərimə gözləyir
08-iyul-2022"WhatsApp" messenceri 18 milyon rubl cərimələnə bilər.
Axşam.az xəbər verir ki. bu barədə Rusiya məhkəməsi məlumat yayıb.
Bildirilib ki, "WhatsApp"ı rusiyalı istifadəçilərin şəxsi məlumatlarını lokallaşdırmaqdan imtina etdiyinə görə 18 milyon rubla qədər cərimə gözləyir.
Qeyd edək ki, ötən ilin avqustunda da messencer eyni səbəbə görə 4 milyon rubl cərimələmişdi.