Bu gün:
Xezer.info » Cəmiyyət » Daha 30 bağça müdiri işdən çıxarıldı

Daha 30 bağça müdiri işdən çıxarıldı


Daha 30 bağça müdiri işdən çıxarıldı
Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində monitorinqləri davam etdirir.

Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, monitorinqlər nəticəsində daha 30 nəfər yaş həddinə çatmış müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib.

Həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.