Alimlər dəhşətli zəlzələ proqnozlaşdırdılar - Milyonlarla insan öləcək
14-iyul-2016Qara xətlər ilə potensial təhlükəli zonalar işarələnib
Foto: Michael Steckler / Lamont-Doherty Earth ObservatoryQırmızı xətt ilə işarələnən ərazidə zəlzələ qurbanlarının sayı 140 milyon nəfərə çata bilər
Foto: Chris Small / Lamont-Doherty Earth Observatory
Alimlər hesab edirlər ki, təhlükə altına ən çox Banqladeş və Hindistanın şərqində yaşayan əhali düşəcək, zəlzələnin episentri isə Banqladeşin paytaxtı Dəkkə şəhəri olacaq. Banqladeşin iqtisadi inkişafının zəif olması fəlakətin proqnozlaşdırılmasını və əhalinin müdafiəsini çətinləşdirir.
Hazırda Banqladeşdə 168 milyondan çox insan yaşayır.
Qeyd edək ki, 2004-cü ildə Hind-Avstraliya tektonik plitəsinin enməsi sualtı zəlzələ və sunamini yaradıb. Bir neçə saat ərzində Hindistan, İndoneziya, Tailand və Şri-lankada 230 mindən çox insan həlak olub.
Oxu.az