"Ukraynadakı mülki insanların ölümünə görə Qərb məsuliyyət daşıyır" - Sergey Lavrov
06-iyul-2022"Qərb başa düşməlidir ki, Donbas və Ukraynanın digər bölgələrində dinc insanların ölümünə görə məsuliyyət daşıyır. Kiyev rəhbərliyi Qərbin göndərdiyi silahları bizi qorxutmaq üçün dinc əhaliyə qarş istifadə edir. Bu, dövlət terrorudur".
Sonxeber.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyetnam xarici işlər naziri Bui Tan Son ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Lavrov Ukrayna rəhbərliyinin "Rusiya ordusu Qərb ölkələrinin Ukraynaya silah göndərişini dayandırmaq üçün öz şəhərlərini vurdu" sözlərinə də münasibət bildirib:
"Yalan danışırlar. Faktlar məlumdur və Rusiya Müdafiə Nazirliyi faktları hər gün təqdim edir".
Qərb ölkələrinin Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiya mövzusuna da toxunan Lavrov Vyetnamın sözügedən sanksiyalarda iştirak etmədiyini və bunu yüksək qiymətləndirdiklərini qeyd edib.