KFC Rusiyadakı biznesini satır
05-iyul-2022KFC restoranlar şəbəkəsinin sahibi "Yum!Brands" şirkəti Rusiyadakı biznesinin satışı ilə bağlı danışıqlara başlayıb.
Axar.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti bildirib.
Məlumatda qeyd edilir ki, şirkət restoranların, əməliyyat sisteminin və franşiza hüququnun təhvil verilməsi ilə bağlı yerli operatorlarla danışıqlar aparır.