Bu gün:
Xezer.info » İqtisadiyyat » Büdcədə nə qədər qalıq yaranıb?

Büdcədə nə qədər qalıq yaranıb?


Büdcədə nə qədər qalıq yaranıb?
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14 205,5 milyon manat, xərcləri isə 12 936,6 milyon manat təşkil edib.

Axar.az xəbər verir ki, məlumatı Maliyyə Nazirliyi yayıb.

Bildirilir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,8% və 11,6% çoxdur.

Son nəticədə büdcədə 1 268,9 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 7,7 dəfə çoxdur.