Bu gün:
Xezer.info » Bu gün » "Krım tatarlarına muxtariyyət vermək borcumuzdur" - Poroşenko

"Krım tatarlarına muxtariyyət vermək borcumuzdur" - Poroşenko


"Krım tatarlarına muxtariyyət vermək borcumuzdur" - Poroşenko
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Krım tatarlarına muxtariyyət verməyə borclu olduğunu deyib.

Avropa.info xəbər verir ki, Krımın Rusiya tərəfindən işğalı haqda bəhs edən "Krım müqaviməti" adlı sənədli filmin təqdimatında iştirak edən Poroşenko, Ukraynanın Krıma 20 il öncə muxtariyyət verməli olduğunu bildirib.

"Krım tatarlarına borcluyuq. Ukrayna rəhbərliyi bunu 20 il əvvəl etməli idi . Bu vaxtında edilsəydi, bəlkə də indi vəziyyət fərqli ola bilərdi. Krım tatarlarının 1944-cü ilin 18 mayında sürgün edilmələri də, 2014-cü ildə Krımın işğal edilməsi də Kremlin işidir" deyə Ukrayna prezidenti qeyd edib.