Bu gün:
Xezer.info » Qarabağ » MN: Orduda günvurma hallarının qarşısının alınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib

MN: Orduda günvurma hallarının qarşısının alınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib


MN: Orduda günvurma hallarının qarşısının alınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə Milli Müdafiə Universitetinin fəaliyyətinə dair məruzələri dinləyib.

"Report" xəbər verir ki, nazir elmi potensialdan səmərəli istifadə edərək hərb elmində tədqiqatların keyfiyyət əmsalının artırılmasının, o cümlədən müasir döyüş əməliyyatlarının elmi yanaşmalarla araşdırılmasının və hərbi təhsil müəssisələrində yeni metodlardan istifadə olunmasının əhəmiyyətini vurğulayıb.

Hava temperaturunun yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi rejimin tələblərinə, həmçinin yanğın və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına nəzarətin vacibliyi qeyd edilib.