AFFA 3 baş məşqçini təsdiqlədi
07-iyun-2016Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
“Xezer.info” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqadakı komandaların sayı məsələsi ilə yanaşı, yığma komandaların baş məşqçilərinin kimliyi də müzakirə olunub.
Konkret olaraq, aşağı yaş qrupu üzrə iki milli, həmçinin futzal və çimərlik futbolu üzrə yığmaların yeni baş məşqçisi təsdiqlənib. Qərara əsasən bundan sonra Rafiq Mirzəyev U-17, Mirbağır İsayev U-16, Milton Luiz Ziller Juniorun futzal, Zeynal Zeynalov isə çimərlik futbolu üzrə Azərbaycan millisini çalışdıracaq.
Qeyd edək ki, iclasda 2016-2017 mövsümündə Premyer Liqada çıxış edəcək klubların sayının müəyyənləşdirilməsi barədə qərarın İcraiyyə Komitəsinin iyunun 13-də keçiriləcək iclasında qəbul olunması məqsədəuyğun bilinib.