Bu gün:
Xezer.info » Cəmiyyət » SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Kəlbəcərdə nə baş verib?

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Kəlbəcərdə nə baş verib?


SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Kəlbəcərdə nə baş verib?
İyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.