Bu gün:
Xezer.info » Cəmiyyət » Məktəbdə Xameneiyini təbliğ edən müəllim cəzalandırıldı - RƏSMİ

Məktəbdə Xameneiyini təbliğ edən müəllim cəzalandırıldı - RƏSMİ


Məktəbdə Xameneiyini təbliğ edən müəllim cəzalandırıldı - RƏSMİ
Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutduğu görüntülərlə bağlı açıqlama yayıb.


Təhsil İdarəsindən MediaBaku.az-a verilən görə, hadisə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.


"Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - İdarədən qeyd edilib.