Bu gün:
Xezer.info » Cəmiyyət » Rayon qeydiyyatında olan uşaqlar Bakıda bağçaya gedə biləcək? – RƏSMİ

Rayon qeydiyyatında olan uşaqlar Bakıda bağçaya gedə biləcək? – RƏSMİ


Rayon qeydiyyatında olan uşaqlar Bakıda bağçaya gedə biləcək? – RƏSMİ
Rayon qeydiyyatında olan ailələrin övladları Bakıdakı uşaq bağçalarına qəbul prosesində iştirak edə biləcəklər.

Sonxeber.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Cumhuriyyet.az -ın sorğusuna cavab olaraq bildirilib.

"Rayon qeydiyyatında olan, lakin Bakıda məskunlaşmış ailələrin uşaqları paytaxtda istənilən bağça qeydiyyatına düşə biləcək", – deyə nazirlikdən verilən məlumatda vurğulanıb.

Qeyd edək ki,Azərbaycanda uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq. Bağçalara onlayn qəbul sistemi gələn aydan – iyuldan istifadəyə veriləcək. Prosesin mərhələli şəkildə bütün ölkə üzrə həyata keçirilməsi nəzərdə tutulur.