Bu gün:
Xezer.info » Cəmiyyət » Gömrük rüsumsuz gətirilən mallara məhdudiyyət qoydu

Gömrük rüsumsuz gətirilən mallara məhdudiyyət qoydu


Gömrük rüsumsuz gətirilən mallara məhdudiyyət qoydu
Nazirlər Kabineti 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarla təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklər edib.

Dəyişikliyə görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki və 600 ədəd siqaret gömrükdən ödənişsiz keçirə bilinəcək. İndiyədək məhdudiyyət yox idi, istənilən şəxs gündə bir nçə dəfə gömrüyü keçib qayıdıb 3 litr alkoqollu içki və 600 ədəd siqareti ölkəyə güzəştli qaydada gətirə bilərdi. Bu vəziyyət də sui-istifadələrə səbəb olurdu.

Digər dəyişikliyə görə, hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsullarından gömrük ödənişləri alınmayacaq. Bundan əvvəl 10 kiloqrama qədər ərzaq məhsullarından (nərə cinsli balıq istisna olmaqla) gömrük ödənişləri alınmırdı.

Həmçinin hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü güzştli qaydada keçirilə bilinəcəkdir. İndiyədək 125 qrama qədər nərə cinsli balıq kürüsünün ödənişsiz keçirdilməısinə icazə verilirdi.

Nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir.