Bərdədə doğuş zamanı faciə
12-iyul-2016Ailə körpənin ölümündə xəstəxananın həkimlərini günahlandırır.
Bərdədə yeni doğulan uşaq ölüb.
Xezer.info APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Qocayeva dünyaya əkiz uşaq gətirib.
Onlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır.
A.Qocayevanın yaxınlarının verdiyi məlumata görə, yeni doğulan körpələrdən biri qız, digəri oğlan olub. Ölən körpə oğlandır.
Ailə körpənin ölümündə xəstəxananın həkimlərini günahlandırır, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildiriblər.
Xəstəxanadan məsələyə münasibət bildirmək istəməyiblər.