Bu gün:
Xezer.info » Cəmiyyət » Nadir Zeynalov: "Azərbaycanda COVID-19 əleyhinə kifayət qədər vaksin ehtiyatı var"

Nadir Zeynalov: "Azərbaycanda COVID-19 əleyhinə kifayət qədər vaksin ehtiyatı var"


Nadir Zeynalov: "Azərbaycanda COVID-19 əleyhinə kifayət qədər vaksin ehtiyatı var"
"Hazırda Azərbaycanda koronavirus əleyhinə vurulan vaksinlərin ehtiyatı kifayət qədərdir".

Bunu "Report"un sualına cavabında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, mövcud olan peyvəndlərin istifadəsi göstərişə uyğun olaraq icra edilir: "Gündəlik vurulan vaksinlərin sayı barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı statistik məlumatlarda qeyd olunur. Vaksinasiya prosesi uğurla davam edir. Buster doza almayan vətəndaşlara da peyvənd vurulur. Yeni partiya vaksinlərin də ölkəyə gətirilməsi daim təmin edilir. Hazırda ölkədə kifayət qədər vaksin ehtiyatı var".