Bu gün:
Xezer.info » Cəmiyyət » BDU səs yazısı yayılan müəllimi işdən çıxarıb

BDU səs yazısı yayılan müəllimi işdən çıxarıb


BDU səs yazısı yayılan müəllimi işdən çıxarıb
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq BDU-dan məlumat verilib.

Bildirilib ki, müəllimin əmək müqaviləsinə xitam verilib

Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.