Bu gün:
Xezer.info » Cəmiyyət » Ordumuzun kapitanı həlak oldu

Ordumuzun kapitanı həlak oldu


Ordumuzun kapitanı həlak oldu
Naxçıvan Muxtar Respublikası ərazisində qulluq edən hərbçi - kapitan Yolçuzadə Nizami Vahid oğlu xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Sonxeber.az xəbər verir ki, Modern.az-ın mərhumun yaxınlarından əldə etdiyi məlumata görə, hərbçinin olduğu maşın onu döyüş postuna apararkən qəzaya uğrayıb.

Məlumata görə, hadisə mərhum hərbçinin məzuniyyətdən sonrakı ilk xidmət günündə baş verib.

Yolçuzadə Nizami Vahid oğlu əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir.

Allah rəhmət eləsin!