Bu gün:
Xezer.info » Cəmiyyət » Ölən iş adamı ilə bağlı iddialara - DİN-dən cavab

Ölən iş adamı ilə bağlı iddialara - DİN-dən cavab


Ölən iş adamı ilə bağlı iddialara - DİN-dən cavab
Şəmkir rayonunda iş adamı Arzu Cabbarovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilib. Belə ki, mərhumun ailəsi Arzu Cabbarovun polis tərəfindən təşkil edilmiş ssenariyə uyğun saxlanıldığını və Şəmkir Rayon Polis Şöbəsində döyülməsi nəticəsində öldüyünü iddia ediblər.

Sonxeber.az xəbər verir ki, iddialarla bağlı "Qafqazinfo"nun sorğusunu DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev cavablandırıb.

O bildirib ki, bütün iddialar əsassızdır, böhtan xarakterlidir.

"Bu iddiaların kökündə o dayanır ki, ailə üzvləri A.Cabbarovun ölümünün təşkil olunmasını bildirməklə, Yeganə Yusifovanın evində olması, həmin qadının polisə döyülməsi və təhqir olunması barədə şikayətinin mahiyyətini dəyişdirmək istəyir.

Çünki ailə istəyir ki, Şəmkir rayonunda mərhum barədə yayılan qeyri-etik məzmunlu faktları ört-basdır etsin, ölümün səbəbkarı kimi Şəmkir RPŞ əməkdaşlarını göstərsin. Ancaq bu uydurma iddialar həqiqətin üstündən xətt çəkmək gücündə deyil, istintaqda əsaslı sübutlar var.

Y.Yusifovanın evində baş verən münaqişədə qapı şüşəsinin sınmasından xəsarət alan şəxsin həmin gecə qadın tərəfindən hansı məqsədlə evə çağırılması faktı, eləcə də, mərhumun "Viagra" dərmanından istifadə etməsi bütün suallara cavabdır".

DİN rəsmisi vurğulayıb ki, Y.Yusifovanın ona təzyiq olunması və cinayət işi açılmasını ilə bağlı iddialarına gəlincə, onun dələduzluq əməlləri ilə bağlı 5-dən artıq epizod üzrə cinayət faktı var və istintaq gedir:

"Bütün iddialar faktsız olmaqla subyektiv mülahizələrə əsaslanır və digər xüsusatlar da istintaqla araşdırılır".