Müharibə əsas nöqtəyə çatdı: Putinin masasındakı üç ssenari - ŞOK İDDİA
16-iyun-2022İyunun ortalarında Rusiyanın Ukraynaya müdaxiləsi əsas nöqtəyə çatıb və rus ordusunun gələcək müharibəsi üç ssenaridə inkişaf edə bilər.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Rusiya lideri Vladimir Putinin sonda Ukraynanın işğal olunmuş hissəsindən gələcək irəliləyiş üçün tramplin kimi istifadə edə biləcəyindən ehtiyat edir.
Kəşfiyyat iddia edir ki, Rusiya quru qoşunlarının üçdə biri Ukraynada məhv edilib, amma Putin "siyasi cəhətdən təhlükəli addım" hesab etdiyi ümumi səfərbərlik etmədən yeni uğurlara imza ata biləcək.
CNN Rusiya liderinin hazırda üç mümkün ssenarini nəzərdən keçirdiyini bildirib.
I ssenari
Rusiya Donbasda irəliləyişin tempini zəiflədə bilər. Amma bu zəif irəliləmə taktikasının yerlərdə artilleriya və şəxsi heyətin üstünlüyü səbəbindən daimi olması mümkündür.
II ssenari
İllərlə olmasa da ön xətdəki qüvvələrin hərəkəti dayandırıla bilər. Bu, hər iki tərəfdən böyük itkilərə səbəb olacaq və Qərb üçün dünya iqtisadiyyatında artan böhran təhlükəsini xeyli artacaq.
III ssenari
Bu ssenari qeyri-mümkün hesab olunur. Üçüncü ssenari bundan ibarətdir ki, Putin işğalla bağlı hədəflərini yenidən nəzərdən keçirmək qərarına gələcək, "qələbə" elan edəcək və hərbi əməliyyatları minimuma endirməyə çalışacaq.
Kəşfiyyat iddia edir ki, Ukraynanın hələ Donbasda genişmiqyaslı əks-hücum üçün kifayət qədər resursu olmadığına görə, bu cəbhədə döyüş əməliyyatlarının aparılması təşəbbüsü hələ də Rusiyadadır və ssenari seçimini Kreml edir.