Bu gün:
Xezer.info » Dünya » Bu qaz yatağı zirvə hasilatına çatacaq - Ərdoğan

Bu qaz yatağı zirvə hasilatına çatacaq - Ərdoğan


Bu qaz yatağı zirvə hasilatına çatacaq - Ərdoğan
2023-cü ilin birinci rübündə birinci mərhələdə gündə hasil olunacaq 10 milyon kubmetr təbii qazı milli ötürmə sistemimizə köçürəcəyik. İnşallah, Sakarya Qaz Yatağı 2026-cı ildə zirvə hasilatına çatacaq.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz qaz kəmərinin ilk borularının endirilməsi və qaynaq mərasimində çıxışı zamanı bildirib.

Ötən il təməli qoyulan təbii qaz emalı zavodunun tikintisinin davam etdirildiyini bildirən Türkiyə Prezidenti qeyd edib ki, hazırda ölkəsinin özünəməxsus dörd qazma və iki seysmik tədqiqat gəmisi var.

Bildirilib ki, Türkiyənin etdiyi bu kəşf ölkənin strateji mövqeyini artırdı. Dünyada hədsiz qiymət artımı var. Enerji daşıyıcılarının bahalaşması inflyasiyada da özünü göstərib. Türkiyə ölkə olaraq vətəndaşlarını qorumaq üçün dəstək mexanizmlərini işə salıb.

Ölkənin qazma işləri ilə ön plana çıxan Sultan Əbdülhəmidin adının dördüncü qazma gəmisinə verildiyini qeyd edən Prezident Ərdoğan Türkiyəni enerji təchizatı təhlükəsizliyi problemini tamamilə həll etmiş bir ölkəyə çevirənə qədər mübarizəni çoxşaxəli şəkildə davam etdirəcəklərini deyib.

Sonra Qara dəniz qazını quruya ötürəcək ilk borular qaynaq edilərək suya endirilib.