Təhsil naziri: "Müəllimlərin hazırlanmasında metodoloji problemlər var"
11-iyun-2022"Müəllimlərin hazırlanmasında metodoloji problemlər var".
"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin II Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, hər il 7 minə qədər şəxs təhsil sistemində işə götürülür:
“Azərbaycanda müəllimlərin yaşı gəncləşir. Həyatımızda, təhsil sistemində sürətli dəyişikliklər baş verir. Müəllimlər də bu dəyişikliklərin öhdəsindən gəlməyi özünə borc bilməlidir. Azərbaycanın gələcəyi müəyyən mənada gənc müəllimlərdən asılıdır. Müəllimlər də öz məsuliyyətini dərk etməli və cəmiyyətdəki rol modelini anlamalıdır”.
Emin Əmrullayev vurğulayıb ki, son illərdə Azərbaycanda ən çox əməkhaqları artan şəxslər müəllimlərdir:
“Narahatlıq doğuran bir neçə məsələ var. Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimlərin hazırlanmasında metodoloji problemlər var. Bu, təkcə Azərbaycan Dövlət Pedaqoji Universitetinə aid deyil, burada institusional olaraq bu Universiteti qeyd edirəm. Müəllim fənn biliyini dərindən qavramalı, bilməlidir. Amma onunla yanaşı pedaqoji bacarıqları olan və şagirdlərin psixologiyasını anlayan müəllimlər olmalıdır. Biz müəllim hazırlığında riyaziyyatçı yox, müəllimi hazırlamalıyıq".